Cavab dərəcəsi kalkulyatoru
Bu kalkulyator dəvət alanların neçə faizinin sorğunu tamamladığını hesablayır. Onlayn sorğu üçün göndərilən, çatan, başlayan və tamamlayan dəvətlərin sayını yazmaq kifayətdir. Tam rejim isə AAPOR standartının bütün göstəricilərini verir.
E-poçt, SMS və ya panel dəvətlərinin sayı
Səhv ünvan, geri qayıdan məktub
Anketi açıb ən azı bir suala cavab verənlər. Tamamlayanlar da bura daxildir
Araşdırmaya uyğun gəlmədiyi üçün anketdən çıxarılanlar
Anketi sona qədər dolduranlar
Cavab dərəcəsi
20.9%
Uyğun ola biləcək hər 100 dəvətdən təxminən 21 anket tamamlanıb. Çatmayan dəvətlər də məxrəcdə saxlanılır, çünki onların uyğun olub-olmadığı bilinmir. Bu, AAPOR-un ən ehtiyatlı göstəricisinə (RR1) uyğundur.
- Çatan dəvətlər arasında cavab dərəcəsi
- 21.6%
- Başlama dərəcəsi
- 26.8%
- Tamamlama dərəcəsi
- 85.4%
- Yarımçıq buraxma
- 14.6%
Çatanların içində anketi açıb başlayanlar
Başlayan uyğun respondentlərin içində tamamlayanlar
Başlayıb sona çatdırmayanlar
Cavab dərəcəsi nədir
Cavab dərəcəsi sorğuya uyğun olan insanların neçə faizinin anketi tamamladığını göstərir. Onu hesablamaq üçün kimə dəvət göndərildiyini bilmək lazımdır. Ona görə bu göstərici yalnız siyahı, panel və ya təsadüfi seçmə ilə aparılan sorğularda mənalıdır.
Beynəlxalq praktikada Amerika İctimai Rəy Tədqiqatları Assosiasiyasının (AAPOR) standart tərifləri işlədilir. RR1 ən ehtiyatlı göstəricidir: uyğunluğu məlum olmayan hər kəs uyğun sayılır. RR3 onların yalnız bir hissəsini uyğun sayır, RR5 və RR6 isə onları ümumiyyətlə nəzərə almır. Hesabatda göstəricinin kodunu yazmaq vacibdir, çünki eyni sorğu üçün RR1 və RR6 arasında fərq bir neçə dəfə ola bilər.
Nəyə diqqət etməli
Açıq linklə yayılan sorğularda neçə nəfərin dəvəti gördüyü bilinmir. Belə sorğularda cavab dərəcəsi hesablanmır. AAPOR könüllü onlayn panellər üçün «cavab dərəcəsi» əvəzinə «iştirak dərəcəsi» ifadəsini işlətməyi tövsiyə edir.
Yüksək cavab dərəcəsi özü-özlüyündə nümunənin təmsil edici olduğunu sübut etmir. Əsas sual cavab verməyənlərin cavab verənlərdən fərqlənib-fərqlənmədiyidir. Ona görə cavab dərəcəsi həmişə nümunənin demoqrafik bölgüsü və çəkiləndirmə məlumatı ilə birlikdə göstərilməlidir.
Digər alətlər
Xəta payı kalkulyatoru
Nümunə ölçüsünə görə nəticənin nə qədər dəqiq olduğunu və istənilən dəqiqlik üçün neçə respondent lazım olduğunu hesablayır.
Etibar aralığı və effektiv nümunə
Faiz və orta qiymət üçün etibar aralığını hesablayır. Çəkiləndirilmiş sorğuda çəkilərdən effektiv nümunə ölçüsünü və dizayn effektini tapır.
İki faizin fərqi
İki nəticə arasındakı fərqin statistik baxımdan əhəmiyyətli olub-olmadığını yoxlayır: iki ayrı qrup və ya eyni sualın iki variantı.
Kvota planlayıcısı
Ümumi nümunəni DSK-nın 18+ əhali bölgüsünə görə cins, yaş, şəhər/kənd və iqtisadi rayonlar üzrə kvotalara bölür.
NPS kalkulyatoru
Net Promoter Score-u hesablayır: tövsiyəedənlər, neytrallar və tənqidçilərin payı, xəta payı və etibar aralığı.