Süni intellektin əmək bazarına təsiri
Hörmətli respondent,
Sizi süni intellekt texnologiyalarının sürətli inkişafının əmək bazarına, eləcə də işləyən və işsiz şəxslərin peşəkar həyatına təsirlərini elmi-empirik aspektdən öyrənməyə həsr olunmuş akademik tədqiqat sorğusunda iştirak etməyə dəvət edirik.
Bu sorğunun əsas məqsədi süni intellektin yayılmasının məşğulluq dinamikasına, bacarıq tələblərinə, işaxtarma prosesinə və peşəkar inkişaf imkanlarına göstərdiyi real təsirləri müəyyənləşdirməkdir. Tədqiqat nəticələrinin obyektivliyi və elmi dəyəri sizin verəcəyiniz səmimi və dəqiq cavablardan birbaşa asılıdır.
Müddət: Sorğunun tamamlanması təxminən 5–7 dəqiqə vaxtınızı alacaqdır. Vaxt ayırıb elmi tədqiqatımıza dəstək olduğunuz üçün əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, DataNest komandası
- Cavablarınızdan asılı olaraq bəzi suallar atlanacaq
- Cavablar anonim toplanır və yalnız məcmu şəkildə hesabata düşür
- İstənilən anda geri qayıdıb cavabı dəyişə bilərsiniz